İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya ilk dəfə NATO əmri ilə Rusiya hərbi gəmisini ələ keçirdi

Böyük Britaniyanın Kral Donanmasına məxsus esmines HMS Duncan ilk dəfə olaraq NATO-nun birbaşa əmri ilə Rusiya hərbi gəmisinin müşayiət əməliyyatında iştirak edib.

Musavat.com xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

Hadisə 17–19 oktyabr tarixlərində Böyük Britaniyanın şimal sahilləri yaxınlığında, Şimal dənizində baş verib. Əməliyyat zamanı HMS Duncan “Vitse-admiral Kulakov” adlı Rusiya gizli sualtı gəmilərə qarşı döyüş gəmisini izləyib və onun hərəkətini nəzarətdə saxlayıb. Gəmi Portsmut bazasında yerləşən Kral Donanmasının 45-ci sinif esminesidir və bu dəfə NATO-nun Dəniz Komandanlığı (Maritime Command) tərəfindən yönləndirilib.

Kral Donanmasının nümayəndəsi bildirib ki, bu, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin ilk əməliyyatıdır ki, o, tam şəkildə NATO-nun birbaşa tabeliyində həyata keçirilir. Əməliyyat zamanı havaya Wildcat helikopteri qaldırılıb.

Əməliyyat Fransa Hərbi Dəniz Qüvvələri və Niderland Hərbi Hava Qüvvələrinə məxsus NH90 helikopterinin iştirakı ilə icra olunub. HMS Duncan, Rusiya gəmisinin Şimal dənizindən başlayaraq La-Manş boğazından keçərək Üesan adasına (Fransanın cənub-qərbində) qədər olan marşrutunu izləyib.

Böyük Britaniyanın müdafiə nazirinin müavini Alister Karns bildirib ki, “Kral Donanması Rusiya Hərbi Dəniz Qüvvələrinin istənilən aktivliyinə dərhal reaksiya verməyə və ölkənin suveren ərazi sularını qorumağa tam hazırdır.”

HMS Duncan gəmisinin kapitanı Dən Li isə qeyd edib ki, bu missiya Böyük Britaniyanın NATO müttəfiqləri ilə birgə və koordinasiyalı fəaliyyətə sadiqliyini nümayiş etdirir və ümumi dəniz təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

HMS Duncan hazırda HMS Somerset freqatı ilə birlikdə NATO-nun SNMG1 adlı Şimali Avropa sularının patrul qrupuna daxildir və alyansın şimal dənizlərindəki təhlükəsizlik tapşırıqlarını icra edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR