Onlayn ictimai-siyasi qəzet
2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının 5210 nəfər artaraq 150102 nəfər, təqaüd alanların sayının isə 7520 nəfər artaraq 121280 nəfər olacağı gözlənilir.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcə zərfi layihəsində qeyd olunub.
Artımlar nəzərə alınmaqla növbəti ilin dövlət büdcəsinin layihəsində dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 616,0 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2025-ci illə müqayisədə 47,8 milyon manat və ya 8,4 faiz çoxdur.
Həmin vəsaitin 412,0 milyon manatını təhsil xərcləri, 177,0 milyon manatını təqaüd xərcləri, 27,0 milyon manatını isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcək.
Cari ilə nisbətən növbəti ildə artım məbləğinin 21,1 milyon manatı təhsilalanların sayının artımı, 6,7 milyon manatı təqaüd alanların sayının artımı, 20,0 milyon manatı isə təhsil sahəsində yeni məqsədli dövlət təhsil tədbirlərinin maliyyələşdirilməsi ilə bağlıdır.
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ