İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin sonuna qədər Ukrayna 15 milyard dollar maliyyə yardımı almağa ümid edir

Ukrayna 2025-ci ilin sonuna qədər 15 milyard dollar maliyyə yardımı alacaq.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Milli Bankının sədri Andrey Pışnıy bildirib.

"Bu ilin sonuna qədər Ukraynanın təxminən 15 milyard dollar maliyyə yardımı alacağına ümid edirik. Gələn il üçün yardımın məbləğinin 47 milyard dollara çatacağını gözləyirik", - o deyib.

Sədrin sözlərinə görə, hazırda Rusiyanın dondurulmuş aktivlərindən istifadə ilə bağlı qərarın formalaşması prosesi gedir.

"Bu, siyasi dialoqdur. Razılaşmaların strukturlaşdırılması və hüquqi detalların müzakirəsi həyata keçirilir", - A.Pışnıy qeyd edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR