İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kim Çen İnla görüşməyəcək

ABŞ prezidenti Donald Trampın bu gün çıxdığı Asiya turnesində Şimali Koreya lideri Kim Çen Inla hər hansı görüşü planlaşdırılmır.

Musavat.com xəbər verir ki, məlumatı Reuters agentliyi yüksək vəzifəli ABŞ rəsmisinə istinadən yayıb.

Xatırladaq ki, Donald Tramp iki mühüm toplantıda iştirak etmək, həmçinin Asiyadakı müttəfiqləri ziyarət etmək üçün bölgəyə rəsmi səfərə çıxır.

Bu ay ərzində Tramp Şimali Koreya diktatoru ilə görüşünü istisna etməyən bir neçə açıqlama verib.

 Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR