Onlayn ictimai-siyasi qəzet
Kolumbiya prezidenti Qustavo Petronun amerikalı vəkilləri ABŞ administrasiyasının ona qarşı birtərəfli sanksiyalar tətbiq etmək qərarına etiraz edəcəklər.
Musavat.com xəbər verir ki, bunu Petronu ABŞ-da təmsil edəcək amerikalı vəkil və insan haqları fəalı Daniel Kovalik TASS-a deyib.
O, ABŞ hökumətinin Kolumbiya prezidentini qara siyahıya salmaq qərarına toxunaraq deyib: "Biz buna etiraz edəcəyik. Biz bundan yeni xəbər tutduq və mümkün tədbirlərimizi araşdırırıq.Biz buna etiraz etmək üçün bütün tədbirləri, bütün hüquqi tədbirləri görəcəyik".
Onun sözlərinə görə, ABŞ Kolumbiya prezidentinə qarşı siyasi səbəblərə görə, o cümlədən Venesuelaya mümkün müdaxiləni dəstəkləməkdən imtina etdiyinə görə sanksiyalar tətbiq edib: "Biz hesab edirik ki, bu qərar tamamilə əsassızdır. Bu, siyasi səbəblərə görə edilir. Bu səbəblər nədir? Prezident Donald Trampı əsəbiləşdirən iki şeydən biri Prezident Petronun dünyada Fələstin hüquqlarının ən görkəmli müdafiəçilərindən biri olmasıdır. Bu, Trampı əsəbiləşdirir, çünki o, fələstinlilərin soyqırımını dəstəkləyir. İkinci şey isə Petronun ABŞ-ın Venesuelaya mümkün müdaxiləsinə hər hansı bir şəkildə kömək etməkdən imtina etməsidir. O, bunu açıq şəkildə bildirib. Cavab olaraq, onu bu sanksiyalar siyahısına əlavə etdilər. Baş verənlər də budur".
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ