Onlayn ictimai-siyasi qəzet
Venesuela Cənubi Amerika xalqı ilə birlikdə ABŞ-ın bölgədə başlatmaq istədiyi müharibənin qarşısını alacaq.
Musavat.com xəbər verir ki, bunu Venesuela rəhbəri Nikolas Maduro Venezolana de Televisión televiziya kanalında bildirib. Onun sözlərinə görə, hərbi münaqişələrdə iştirak etməmək barədə rəsmi açıqlamalara baxmayaraq, mümkün hərbi müdaxilə üçün hazırlıqlar görülür və bunun qarşısı alınmalıdır. O, "Amerika xalqından Venesuela, Kolumbiya və Karib ölkələri ilə müharibəni dəstəkləyib-dəstəkləmədiklərini soruşmağı" təklif edib.
Maduro vurğulayıb ki, ABŞ administrasiyası narkotik qaçaqmalçılığı ilə mübarizə aparmaq kimi yalan bəhanə ilə Venesuelaya qarşı tədbirlər planlaşdırır, çünki ölkəni kütləvi qırğın silahlarına, Amerika şəhərlərinə yönəlmiş raketlərə və ya nüvə, kimyəvi və bioloji silahlara sahib olmaqda ittiham edə bilməz.
Prezident bəyan edib ki, "Venesuela narkotik ticarətindən, kokain bitkilərindən və kokain istehsalından tamamilə azad bir ölkədir".
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ