Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 23-nə keçən gecə Rusiyanın Ryazan vilayətində yerləşən sənaye obyektinə pilotsuz uçuş aparatlarının hücumu nəticəsində yanğın baş verib.
Musavat.com xəbər verir ki, regional hakimiyyət orqanlarının məlumatına görə, yanğına vurulan dronların dağıntıları səbəb olub.
Region qubernatoru bildirib ki, 14 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
“Obyektlərdən birinə düşən qalıqlar yanğına səbəb olub. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışır. Tələfat yoxdur, maddi ziyan hesablanır”, – qubernator əlavə edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb ki, oktyabrın 23-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiya hərbi-sənaye kompleksinin strateji hədəflərinə zərbələr endirib. Hədəflər arasında Ryazan Neft Emalı Zavodu və Belqorod vilayətindəki sursat anbarı yer alıb.
Yerli sakinlər hücumun hədəfinin Rusiyanın ən böyük zavodlarından biri olan Ryazan Neft Emalı Zavodu olduğunu təsdiqləyiblər. Zavod ildə 17 milyon tondan çox neft emal edir və ölkənin yanacaq infrastrukturunda strateji obyekt hesab olunur.
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ