Onlayn ictimai-siyasi qəzet
"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" çərçivəsində təşkil olunmuş müsabiqənin nəticələrinə dair mətbuat konfransı baş tutub.
Musavat.com xəbər verir ki, Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Mədəniyyət və yaradıcılıq məhsullarının 10 faiz artırılması planlaşdırılır:
"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" çərçivəsində 60 nəfərin xaricdə təhsil alması və müvafiq ixtisasların artırılması nəzərdə tutulur. Bu təşəbbüsün əsas nəticələrindən biri mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramının təsis edilməsidir. Proqram çərçivəsində müxtəlif təlimlərin təşkili, audiovizual sənət və digər sahələr üzrə gənclərə dəstək göstərilməsi planlaşdırılır.
"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" çərçivəsində tələbələr dünyanın aparıcı universitetlərində təhsil alırlar. Hazırda 44 təqaüdçümüz 16 müxtəlif ölkənin ali təhsil müəssisələrində təhsil alır".
Könül
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ