İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya çıxılmaz vəziyyətdə: benzin emalı üçün ərazisini işğal etdiyi Gürcüstana möhtac qaldı

“Rusneft” oktyabr ayında Novorossiyskdən 105 min ton “Siberian Light” markalı neft daşıyan ilk tankeri Gürcüstanın Kulevi limanına göndərib.

Musavat.com xəbər verir ki, məqsəd öz zavodlarında benzin emal edə bilməyən Rusiyanın yükləri kiçik qonşuda emal etdirməsidir.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında istifadəyə verilmiş və “Black Sea Petroleum” şirkətinə məxsus Kulevi Neft Emalı Zavodu Gürcüstanda ilk tam dövriyyəli müəssisə sayılır.

Zavodun illik gücü 1,2 milyon ton təşkil edir.

Son aylarda Ukraynanın ardıcıl hücumları nəticəsində Rusiyanın bir çox neft emalı zavodları dağıdılıb və sıradan çıxıb. Nəticədə Moskva ərazisinin bir hissəsini işğal etdiyi Gürcüstana möhtac vəziyyətə düşüb - vaxtilə tanklarını göndərdiyi bu ölkə indi onun üçün benzin emalının xilasedicisinə çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR