İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada “kasıblar üçün mağazalar” sürətlə yayılır

Rusiyada iri supermarketlər alıcılarını itirməkdə davam edir. Getdikcə daha çox vətəndaş məhdud çeşidli, lakin ucuz mallar təklif edən diskaunterlərə və kiçik satış məntəqələrinə üstünlük verir.

Musavat.com xəbər verir ki, Infoline tədqiqat şirkətinin məlumatına əsasən, 2025-ci ilin doqquz ayı ərzində ölkə üzrə 67 böyük supermarket və hipermarket bağlanıb. Bu, ötən illə müqayisədə 1,4 faiz azalma deməkdir.

İqtisadçılar bu meyli rusiyalıların alıcılıq qabiliyyətinin zəifləməsi ilə izah edirlər. Onların sözlərinə görə, qiymət artımı və gəlirlərin azalması nəticəsində vətəndaşlar artıq demək olar ki, bütün xərclərində qənaət etməyə məcburdur.

Ekspertlərin proqnozuna görə, yaxın illərdə Rusiyada ucuz “kasıblar üçün mağazalar” şəbəkəsi daha da genişlənəcək, iri pərakəndə ticarət mərkəzləri isə fəaliyyətlərini məhdudlaşdırmalı olacaqlar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR