Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Ryutte ilə görüşdə Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edib.
Bu, Trampın ikinci prezidentlik dövründə Moskva əleyhinə tətbiq olunan ilk genişmiqyaslı sanksiyalardır.
Tramp bildirib ki, qərar uzunmüddətli gözləntidən sonra verilib: “Mən hiss etdim ki, artıq vaxt yetişib. Biz çox gözlədik. Bu, nəhəng sanksiyalardır. Ümid edirik ki, çox çəkməz və müharibə dayanar.”
ABŞ lideri həmçinin xatırladıb ki, özünün ilk prezidentlik dövründə səkkiz müharibəni dayandırıb: “Rusiya-Ukrayna müharibəsi doqquzuncu olmalı idi. Biz onu da dayandıracağıq.”
Financial Times yazır ki, sanksiyalar Rusiyanın ən iri enerji nəhəngləri — “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı tətbiq olunub. Bununla da ABŞ-ın sanksiya siyahısında artıq Rusiyanın dörd əsas enerji şirkəti — “Qazprom neft”, “Surgutnefteqaz”, “Rosneft” və “Lukoil” yer alır.
Wall Street Journal xəbərdarlıq edib ki, bu sanksiyalar Rusiya iqtisadiyyatına ağır zərbə vuracaq. Yeni məhdudiyyətlər ölkənin neft və enerji ixrac imkanlarını ciddi şəkildə azaldacaq.
Moskva birjalarında da sanksiyaların dərhal təsiri hiss olunub — “Rosneft”in səhmləri 3,77%, “Lukoil”in isə 1,14% ucuzlaşıb.
Musavat.com biıdirir ki, bu qərar Tramp administrasiyasının Rusiyaya qarşı ən sərt addımı kimi tarixə düşür və onun “sülh yolu ilə dayandırmaq” strategiyasının tərkib hissəsidir.
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ