İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniya XİN rəhbəri: “Azərbaycan Cənubi Qafqazda mühüm tərəfdaşdır”

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bəyan edib ki, Estoniya ilə Azərbaycan arasında uzunmüddətli, səmimi və dost münasibətlər mövcuddur.

Musavat.com xəbər verir ki, o, bu əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

“Uzun illərdir ki, dialoqumuz açıq və konstruktiv xarakter daşıyır - mən azərbaycanlı həmkarımla BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda tez-tez görüşmüşəm. İndi isə Bakıda müzakirələri davam etdirərək görürük ki, tərəfdaşlığımız yeni mərhələyə qədəm qoyur”, - deyə nazir APA-ya müsahibəsində bildirib.

Tsaxkna vurğulayıb ki, Azərbaycan həm Estoniya, həm də Avropa İttifaqı üçün Cənubi Qafqazda mühüm tərəfdaşdır. Estoniyanın Bakıdakı səfirliyinin açılması qərarı bu münasibətlərə olan etimadı və əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq istəyini əks etdirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR