İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin miqrantlardan DANIŞDI: “Həll etmək mümkün deyil” - VİDEO

Rusiya prezidenti Vladimir Putin bildirib ki, dövlətin əsas məqsədi ailə institutunu möhkəmləndirmək olmalıdır, demoqrafik problemləri isə əhalinin miqrantlarla əvəzlənməsi yolu ilə həll etmək mümkün deyil.

Musavat.com xəbər verir ki, bu fikirləri o, Dövlətin Demoqrafik və Ailə Siyasətinin həyata keçirilməsi üzrə Şuranın ilk iclasında səsləndirib.

Putin vurğulayıb ki, çoxuşaqlı ailələr ölkədə norma halına gətirilməli, ata və analıq isə insanların xoşbəxtliyinin mənbəyi kimi qiymətləndirilməlidir. Prezident qeyd edib ki, 2025–2030-cu illər ərzində 41 regiona ailələrin dəstəklənməsi üçün təxminən 75 milyard rubl ayrılacaq.

Dövlət başçısı əlavə edib ki, hökumətin gördüyü tədbirlərin effektivliyi ciddi şəkildə analiz olunacaq. Gənclərin nikaha və valideynliyə meyilli olmaları vacibdir, çünki ailə qurmaq üçün “ən uyğun zaman” bir gün belə keçmiş ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR