İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS-a bağlı təşkilatın ofisində Hitlerin kitabları AŞKARLANDI

Hebronda keçirilən əməliyyat zamanı "Tzanhanim" Briqadasının üzvləri HƏMAS-a bağlı bir təşkilatın ofislərində Adolf Hitlerin “Mayn Kampf” (“Mənim mübarizəm”) kitabının surətini aşkarlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

İsrail hərbçilərinin verdiyi məlumata görə, əməliyyat “İslam Xeyriyyə Cəmiyyəti” adlanan təşkilatın ofislərində keçirilib.

Məlumatda iddia olunur ki, özünü humanitar təşkilat kimi təqdim edən bu qurum əslində HƏMAS terror hərəkatının bir qoludur və terrorizmin maliyyələşdirilməsi, təşviqi ilə məşğuldur.

Əməliyyat zamanı hərbçilər terror fəaliyyətlərinə yönəlmiş təxminən 165 700 şekeli müsadirə edib. Bundan başqa, təhrikedici materialların yayımında istifadə olunan kompüterlər, elektron cihazlar və sənədlər də ələ keçirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR