İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvaya HÜCUM oldu, aeroportlar bağlandı, Kremldən ŞOK təhdid - CANLI

Moskvaya uçan Ukrayna pilotsuz uçuş aparatı vurulub. Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib. PUA hücumu ilə əlaqədar Moskvanın Domodedovo və Jukovski hava limanları bağlanılıb.

Donald Trampın Putinlə görüşdən imtina etməsi və onun prezidentliyi dövründə ilk dəfə ABŞ-nin Moskvaya sanksiyalar tətbiq etməsi Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi “qəzəbləndirib”.

Medvedev Trampı “atəşə tutub”. Onun sözlərinə görə, ABŞ tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi və Donald Trampın Putinlə Budapeştdə gözlənilən görüşünü ləğv etməsi “müharibə aktıdır”.

Onun fikrincə, Donald Tramp “müharibə lehinə seçim edib”: "Əgər çoxsaylı şərhçilərdən hər hansı birinin hələ də hər hansı illüziyası varsa, alın: ABŞ bizim rəqibimizdir və onların çoxdanışan "sülhməramlısı" (Tramp-red.) indi tam şəkildə Rusiyaya qarşı müharibə yoluna çıxıb".

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Mehman İsmayılovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR