Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İsrailin İordan çayının qərb sahilini mümkün işğalına yol verməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə o, “Time” jurnalına müsahibəsində deyib.
Tramp belə bir addımın baş verəcəyi təqdirdə ABŞ-ın yəhudi dövlətinə yardımını tamamilə dayandıracağını vurğulayıb.
“Buna imkan verilməyəcək, çünki mən ərəb ölkələrinə söz vermişəm. Onlardan böyük dəstək aldıq və İsrail indi işğala gedə bilməz. Əgər belə bir şey baş verərsə, İsrail ABŞ-ın bütün dəstəyini itirəcək”, - deyə Tramp bildirib.
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ