Onlayn ictimai-siyasi qəzet
Gələn ilin dövlət büdcəsindən media vasitələrinə, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə ayrılan vəsaitin həcmi məlum olub.
Musavat.com xəbər verir ki, dövlət büdcəsində bu fəaliyyətin təmin olunması məqsədilə 64,8 milyon manat vəsait nəzərdə tutulub.
Qeyd edək ki, bu, 2025-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 0,5% azdır. 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən bu məqsədlə ümumilikdə 65,1 milyon manat vəsait ayrılıb.
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ