İnsanlara hürriyət, millətlərə istiqlal!

Evlərini kirayə verənlərə bəd xəbər – 10 faiz vergi tutulacaq

Azərbaycanda fiziki şəxslərə məxsus yaşayış sahələrini kirayə verənlər üçün yeni vergi öhdəliyi müəyyənləşdirilir.

Musavat.com xəbər verir ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində bu istiqamətdə mühüm dəyişiklik nəzərdə tutulub.

Sənədə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlər istisna olmaqla) digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə edilən gəlirlərdən 10 faiz vergi tutulacaq.

Bu, o deməkdir ki, artıq mənzil sahibləri kirayə müqavilələrindən gəlir əldə etdikdə, həmin gəlir ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunacaq.

Qeyd edək ki, layihə hazırda Milli Məclisdə müzakirə mərhələsindədir və 2026-cı ilin dövlət büdcəsi paketinin tərkib hissəsini təşkil edir.

Yeni qaydanın əsas məqsədi kölgə iqtisadiyyatının azaldılması və mənzil bazarında şəffaflığın artırılması kimi izah olunur.

musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR