Onlayn ictimai-siyasi qəzet
Pentaqon rəhbəri Pit Heqset ABŞ qüvvələrinin Sakit Okeanda beynəlxalq sularda narkotik ticarəti üçün istifadə olunan qayığın məhv edildiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, nazir bunu X hesabında edib. Onun sözlərinə görə, oktyabrın 22-də ABŞ hərbçiləri ABŞ prezidenti Donald Trampın göstərişi ilə Sakit Okeanın şərqində kiçik gəmiyə zərbələr endiriblər. Heqset bildirib ki, qayıqda ABŞ-ın terror təşkilatı hesab etdiyi təşkilata aid narkotiklər olub.
Pentaqon rəhbərinin sözlərinə görə, "beynəlxalq sularda baş verən zərbə zamanı gəmidə narkotik-terror təşkilatının üzvü olan üç nəfər olub". Onlar öldürülüb. Nazir qeyd edib ki, ABŞ hərbçilərindən xəsarət alan olmayıb: “Belə zərbələr davam edəcək”.
Bundan əvvəl CBS telekanalı ABŞ hərbçilərinin Sakit okeanda ABŞ-a narkotik qaçaqmalçılığı üçün istifadə edilən daha bir qayığı vurduğunu bildirmişdi. Heqset qeyd edib ki, bu, ABŞ ordusunun narkotik ticarəti ilə mübarizə çərçivəsində məhv etdiyi səkkizinci qayıqdır və əvvəlki zərbələr Karib dənizinin cənubunda baş verib.
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ