İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakı necə də sehrlidir” -Dünyaca məşhur musiqiçi

Dünyaca məşhur kamança və bağlama ustası Mark Eliyahu Bakıda konsert proqramı ilə çıxış edəcək.

Musavat.com xəbər verir ki, şərq və qərb musiqilərinin mükəmməl sintezini yaradan musiqiçi və bəstəkar Mark Eliyahu 29 oktyabr Heydər Əliyev Sarayında özəl bir performans təqdim edəcək.

Sənətçi konsertdən öncə sosial media hesabında Bakı haqqında xatirələrini bölüşüb. O, müəllimi mərhum sənətkar Ədalət Vəzirovla  fotosunu paylaşaraq bu sözləri yazıb:

“Bakı necə də sehrlidir. Şəkildə mənim 17 yaşım var, müəllimim Ədalət Vəzirovla həm musiqi, həm də həyatı öyrənirəm.

25 ildən sonra musiqim və qrupumla Bakıda çıxışa hazırlaşıram. Həyat səyahəti sürprizlərlə doludur. Bakı - gələn həftə görüşərik”.

Könül
Musavat.com 

 

WhatsApp Image 2025-10-23 at 12.51.19.jpeg (84 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR