Onlayn ictimai-siyasi qəzet
Təmaslar Ukraynadakı münaqişənin həllinə kömək edəcəksə, Vaşinqton administrasiyası Rusiya rəsmiləri ilə görüşməyə hazırdır.
Musavat.com xəbər verir ki, bunu dövlət katibi Marko Rubio jurnalistlərə deyib: “Biz hələ də Rusiya tərəfi ilə görüşmək istəyirik. Mənim Sergey Lavrovla yaxşı telefon danışığım oldu. Biz buna əsaslanaraq işimizə davam edəcəyik".
Rubio Ukraynada nizamlanmaya toxunaraq, "sülh əldə etmək imkanı olarsa, biz həmişə təmaslarda maraqlı olacağıq" deyib.
Oktyabrın 22-də ABŞ-ın “Lukoyl” və “Rosneft”ə qarşı elan etdiyi sanksiyalardan danışan Rubio qeyd edib: “Düşünürəm ki, prezident son bir neçə ay ərzində dəfələrlə bildirib ki, əgər sülh sazişləri istiqamətində irəliləyiş olmazsa, nə vaxtsa nəsə etməli olacaq. Bu gün o, nəsə etmək qərarına gəlib”.
Musavat.com
24 Oktyabr 2025
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ