İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkianın oğlundan atası ilə bağlı PAYLAŞIM: "Sistemi silkələmək lazımdır"

İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atası ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, Yusif Pezeşkian özünün Telegram kanalında yazıb ki, atası ölkədə mövcud çatışmazlıqları, problemləri səmimiyyətlə etiraf edir və islahatların yolu məhz buradan başlayır.

Onun sözlərinə görə, prezidentin gələcək üçün planı, vizyonu və ümidi var, lakin onun ideyaları cəmiyyət tərəfindən düzgün anlaşılmır.

"Prezidentin intellektual paradiqması onu tənqid edənlərin fikirlərindən fərqlənir. Problemlərin həlli hökumətin, parlamentin, məhkəmələrin, dini qurumların və xalqın birgə fəaliyyətini tələb edir. Köhnə üsulları təkrarlayaraq yeni nəticələr gözləmək olmaz. Bəzən hər şeyi hərəkətə gətirmək üçün sistemi silkələmək lazımdır", - o yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR