İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Luvr muzeyindəki oğurluqdan yazdı: Mümkün olan hər şey edilir

Fransa prezidenti Emmanuel Makron söz verib ki, Luvrdan oğurlanan zinət əşyaları tapılacaq və oğrular məsuliyyətə cəlb ediləcək.

Musavat.com xəbər verir ki, o, X hesabında hadisə ilə bağlı paylaşım edib: “Luvr quldurluğu bizim əziz tutduğumuz tarixi irsə hücumdur. Biz ləl-cəvahiratları tapacağıq, cinayətkarlar isə məsuliyyətə cəlb olunacaqlar”.

Dövlət başçısının sözlərinə görə, “Paris prokurorluğunun göstərişi ilə buna nail olmaq üçün mümkün olan hər şey edilir”. O, yaxın gələcəkdə Luvrda təhlükəsizlik tədbirlərinin əhəmiyyətli dərəcədə gücləndiriləcəyinə söz verib.

Qeyd edək ki, Paris prokuroru Laure Bécaud-un sözlərinə görə, dörd cinayətkar muzeyin divarları yaxınlığına gətirdikləri forkliftdən istifadə edərək muzeyə daxil olublar. Onlar Apollon Qalereyasında vitrinləri sındıraraq, cəmi doqquz zinət əşyası oğurlayıblar. Lakin oğrular qaçarkən onlardan biri – Kral III Napoleonun arvadı, imperatriça Yevgeniyanın 1354 almazla bəzədilmiş tacı əllərindən düşüb. Prokurorun sözlərinə görə, istintaq oğurluğun peşəkarlar tərəfindən həyata keçirildiyi nəzəriyyəsinə söykənir. O, əməliyyatı əcnəbilərin sifariş və ya həyata keçirə biləcəyini də istisna etməyib.


Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR