Onlayn ictimai-siyasi qəzet
Rusiya və ABŞ liderlərinin Budapeştdə planlaşdırılan görüşünün ilkin tarixi məlum olub.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları Kremlin mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Vladimir Putin və Donald Trampın sammiti oktyabrın 30-u və ya 31-də Macarıstan paytaxtında keçirilə bilər.
“Əvvəlcə Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio səviyyəsində bütün detallar müzakirə ediləcək, daha sonra tarix rəsmi şəkildə elan olunacaq. Amma əsasən 30–31 oktyabr tarixlərinə fokuslanırıq”, – mənbə qeyd edib.
Görüşdən bölgədəki münaqişələrin həlli, təhlükəsizlik məsələləri və ABŞ-Rusiya münasibətlərində yeni mərhələnin müzakirə olunacağı gözlənilir.
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ