Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı ölkələri 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalını qadağan etmək barədə razılığa gəlməyə yaxındır.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Aİ-nin enerji nazirləri bu gün Lüksemburqda keçiriləcək görüşdə vahid mövqeni razılaşdırmağa çalışacaqlar.
Hazırlanan qərar layihəsinə əsasən, qadağa artıq iyunun ortalarından qüvvəyə minə bilər və qısamüddətli qaz müqavilələrinə şamil olunacaq. Bununla belə, dənizə çıxışı olmayan ölkələr – məsələn, Macarıstan və Slovakiya – müvəqqəti istisna kimi saxlanılacaq.
Uzunmüddətli müqavilələrə tətbiq ediləcək məhdudiyyətlər isə 18 ay sonra qüvvəyə minəcək.
Qərarın qəbul edilməsi üçün Aİ ölkələrinin kvalifikasiyalı çoxluğu tələb olunur. Bu o deməkdir ki, Macarıstan və Slovakiya razı olmasa belə, qərar qəbul edilə bilər.
Musavat.com
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ