İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Netanyahunun Trampın sülh planını pozacağından ehtiyatlanır

Vaşinqton İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampın Qəzza sülh planının icrasını pozacağından ehtiyat edir.

Musavat.com xəbər verir ki, məlumatı “The New York Times” ABŞ administrasiyasındakı mənbələrə istinadən yayıb. Nəşr qeyd edir ki, Trampın bir neçə müşaviri, o cümlədən vitse-prezident J.D.Vens, xüsusi elçi Stiven Vitkoff və prezidentin müşaviri Cared Kuşner İsrailin baş nazirini HƏMAS ilə münaqişəni daha da gərginləşdirməkdən çəkinməyə inandırmağa çalışırlar.

Vaşinqton hesab edir ki, tammiqyaslı hücum əldə edilmiş razılaşmaları poza və atəşkəs rejiminin möhkəmləndirilməsi səylərinə zərbə vura bilər. Eyni zamanda Tramp Qəzzada zorakılıqların davam edəcəyi təqdirdə İsrail qüvvələrinə HƏMAS-ın “kökündən çıxarılmasına” icazə verəcəyi barədə xəbərdarlıq edib.

Hazırda ABŞ zəmanətçi dövlətlər olan ərəb ölkələri və Türkiyə ilə birlikdə Qəzzada idarəetmə sistemi yaratmağa çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR