Onlayn ictimai-siyasi qəzet
“Ermənistanın hazırkı hakimiyyəti bütöv bir müharibəni saxtalaşdırmağı bacardı. Belə olan halda, hansısa bir səs yazısını saxtalaşdırmaq onlar üçün heç nə deyil”.
Musavat.com xəbər verir ki, bu barədə “Ermənistan” müxalifət blokunun deputatı Aqnessa Xamoyan danışıb.
Erməni deputatın sözlərinə görə, hakimiyyət nümayəndələri sadə vətəndaşlardan fərqli olaraq tam təhlükəsizlikdə yaşayırlar.
“Baş nazir Nikol Paşinyan bu gün Ermənistanın ən çox qorunan adamıdır. Eyni zamanda bizim vətəndaşlarımız unudulub və taleyin ümidinə buraxılıblar”, - deyə Xamoyan bildirib.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ