Onlayn ictimai-siyasi qəzet
Ermənistanın revanşist dairələrinin nümayəndəsi, siyasi şərhçi Beniamin Matevosyan növbəti dəfə məntiqsiz və təxribat xarakterli açıqlaması ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, o, sosial şəbəkədə yaydığı yazısında Paşinyanın ordu islahatını və Azərbaycanla tranzit razılaşmasını “eyni zəncirin halqaları” adlandıraraq guya bu addımların Ermənistan üçün “təhlükə” yarada biləcəyini iddia edib.
Matevosyan yazır ki, “Paşinyan eyni gündə hərbi xidməti 24 aydan 18 aya endirdiyi zaman, Əliyev də Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırdığını elan edib”. O, həmçinin Qazaxıstandan gələn buğdanın Azərbaycan və Gürcüstan üzərindən Ermənistana daşınmasını “Rusiya buğdasının əvəzlənməsi” kimi təqdim edib və bunun Ermənistanı guya Azərbaycan və Türkiyədən asılı vəziyyətə salacağını iddia edib.
Ermənistan regionda illərlə davam edən izolyasiyadan çıxmaq, yeni iqtisadi dəhlizlərə qoşulmaq şansı qazanarkən Matevosyan kimi revanşistlər bu imkanları təhlükə kimi qələmə verməyə çalışırlar.
Bu cür “xəstə sərsəmləmələr” illərdir Ermənistanı geridə saxlayan, onu Rusiya asılılığından qurtarmağa imkan verməyən köhnə düşüncənin təzahürüdür.
Musavat.com
22 Oktyabr 2025
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ