İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Türkiyə qüvvələrini Qəzzada görmək istəyir – Vens

ABŞ administrasiyası Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibini İsrailə məcburən qəbul etdirməyəcək, lakin Türkiyənin bu missiyada iştirakının konstruktiv olacağına inanır.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens İsraildə keçirdiyi mətbuat konfransında deyib: "Biz İsrail dostlarımıza onların ərazisindəki xarici qoşunlarla bağlı heç bir şey təlqin etməyəcəyik, lakin inanırıq ki, türklər konstruktiv rol oynaya bilər və açığını desəm, onlar artıq çox konstruktiv rol oynayıblar. Buna görə onlara çox minnətdarıq".

Venc həmçinin bütün tərəfləri keçmiş münaqişə və onun müxtəlif ölkələr arasında yaratdığı parçalanmalara deyil, Fələstin anklavının gələcəyinə diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl “Hürriyet” qəzeti İsrailin baş naziri Benyamin Netanyahunun atəşkəs danışıqlar masasına qayıtmaq, lakin Türkiyənin iştirakı olmadan yeni razılaşmaları həyata keçirmək üçün Qəzza sülh planını pozmaq planlarını hazırladığını yazıb. Nəşr həmçinin qeyd edib ki, İsrail tərəfi türk hərbçilərinin beynəlxalq sabitləşdirmə qüvvələrinə daxil edilməməsində israr edəcək.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR