İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pskov–Sankt-Peterburq” dəmir yolu partladıldı

Rusiyada “Pskov–Sankt-Peterburq” dəmir yolunda partlayış baş verib.

Musavat.com xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsindəki mənbələr “Militarnyi” nəşrinə hadisənin 21 oktyabr gecəsi baş verdiyini bildiriblər.

Məlumata görə, partlayış nəticəsində relslər zədələnib, yük qatarının bir hissəsi isə yanmağa başlayıb.

“Partlayışdan sonra hadisə yerinə Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları cəlb olunub, ərazidə mobil internet bağlantısı kəsilib,” – deyə məlumatda qeyd olunur.

Hadisə nəticəsində bu istiqamətdə logistika pozulub, bəzi sərnişin qatarlarının hərəkəti dəyişdirilib və ya gecikmələrlə həyata keçirilib. 

 

Musavat.com

photo_2025-10-21_23-28-12.jpg (37 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR