İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərini öldürüb basdırdığı yerdə güllər əkibmiş...

Sabunçu rayonunda itkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.

S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyənləşib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qadın izi itirmək üçün ərini basdırdığı yerdə güllər əkibmiş...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR