İnsanlara hürriyət, millətlərə istiqlal!

Çelyabinskdəki hərbi zavodda partlayış: dörd nəfər həlak olub - VİDEO

Rusiyanın Çelyabinsk vilayətində yerləşən “Plastmass” hərbi zavodunda güclü partlayış baş verib.

Musavat.com xəbər verir ki, vilayətin qubernatoru Aleksey Texslerin açıqlamasına görə, hadisə nəticəsində dörd nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.

Yaralıların dəqiq sayı açıqlanmayıb. 

Hadisədən sonra Kopeyskdəki “Plastmass” hərbi zavodunun ərazisi tam mühasirəyə alınıb. Şahidlərin sözlərinə görə, müəssisəyə giriş-çıxış məhdudlaşdırılıb, əraziyə çoxlu sayda polis və fövqəladə xidmət əməkdaşları cəlb olunub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR