İnsanlara hürriyət, millətlərə istiqlal!

Çelyabinskdə zavodda təkrar partlayış: Ölü sayı onlarla ola bilər

Çelyabinsk vilayətinin Kopeysk şəhərindəki hərbi zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Musavat.com xəbər verir ki, məlumatı regionun qubernatoru Aleksey Teksler Telegram kanalında açıqlayıb: "Hazırda doqquz ölüm faktı təsdiqlənib. 5 nəfər yaralanıb, tibb işçilərimiz onların vəziyyətini stabilləşdirmək üçün əlindən gələni edir. Biz itkin düşənlərlə bağlı məlumatları yeniləyirik".

O əlavə edib ki, açıq atəş söndürülüb, su vurulur, xilasedicilər daha sonra dağıntıları təmizləməyə başlayacaqlar.

Qeyd edək ki, zavodda əvvəl baş verən 2 partlayışdan sonra üçüncü dəfə partlayış qeydə alınıb. İlkin olaraq 4 nəfərin öldüyü açıqlansa da, həlak olanların çox olduğu aydınlaşıb.

Hazırda zavodda işləyənlərin ailələri müəssisə yaxınlığına toplaşıblar. Telegram kanallarının məlumatına görə, ölü sayı kəskin artacaq, çünki xeyli sayda işçinin ailəsi ondan xəbər ala bilmədiyini deyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR