Ermənistan müdafiə naziri Suren Papikyan müddətli hərbi xidmətin azaldılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Musavat.com-un məlumatına görə Papikyan parlamentdə çıxışı zamanı qeyd edib ki, bu məsələ yeni ideya deyil və hökumətin beşillik proqramında açıq şəkildə nəzərdə tutulub.
“Beşillik dövr ərzində müqaviləli hərbçilərin sayının artırılması hesabına müddətli hərbi xidmətin müddətini azaldacağıq — bu, hökumət proqramında açıq şəkildə göstərilib,” – deyə Papikyan bildirib.
Nazir əlavə edib ki, bu öhdəlik həm də ordunun islahat konsepsiyasında yer alıb. Onun sözlərinə görə, “Vətən müdafiəçisi” proqramı çərçivəsində artıq bir neçə min əsgər uzunmüddətli əsasda xidmətini davam etdirir.
Papikyan vurğulayıb:
“Ordunun ixtisar edilməsindən danışmaq, yumşaq desək, absurddur”.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ