İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna dronları Çelyabinskə hücum etdi – Uralda partlayışlar – VİDEO

Rusiyanın Çelyabinsk vilayətində bu gecə Ukrayna dronlarının hücumu nəticəsində azı üç partlayış baş verib.

Musavat.com xəbər verir ki, Rusiya mediası və yerli Telegram kanalları partlayışların şəhər ətrafında sənaye obyektlərinə yaxın ərazidə qeydə alındığını yazır. İlkin məlumatlara görə, hücum nəticəsində yanğın baş verib. 

Ukrayna dronlarının artıq Ural regionuna qədər çatması müharibənin yeni mərhələyə keçdiyini göstərir. Bu templə dronların yaxın aylarda Sibir və Uzaq Şərq bölgələrinə də yetişə biləcəyi istisna edilmir.

Bəzi müşahidəçilər isə ironik şəkildə qeyd edirlər ki, “bu templə davam etsə, tezliklə Kim Çen İnin də qorxusu artacaq — Ukrayna dronları Şimali Koreyaya da çata bilər”. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR