İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: “Artıq Ermənistanda "konyak" istehsal oluna bilməz”

Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, yerli istehsalçılar artıq “konyak” adından istifadə edə bilməzlər.

Musavat.com xəbər verir ki, Paşinyan bu qərarın beynəlxalq normalarla bağlı olduğunu bildirib:

“Ermənistanda konyak istehsal oluna bilməz, necə ki, Dilican şəhərində ‘Cermux’ adlı mineral su istehsal etmək mümkün deyil. Ermənistanda ‘şampan’ da istehsal edilə bilməz. Bizim problemimiz ondadır ki, biz sadəcə bir pəncərədən baxırıq və dünyanı yalnız o pəncərədən görürük”, — deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistan hökuməti 2021-ci ildə Avropa İttifaqı ilə imzaladığı saziş çərçivəsində “konyak” sözündən imtina etməyə və onu “brendi” ifadəsi ilə əvəzləməyə razılıq vermişdi. Həmin razılaşmaya əsasən, ölkədə istehsal olunan məhsullar artıq yalnız “Armenian brandy” adı ilə ixrac edilə bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR