İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kiyevə yaşıl işıq yandırdı – Ukrayna Rusiyanı raketlə vura bilər

Donald Tramp administrasiyası Ukraynanın Qərb müttəfiqləri tərəfindən təmin edilən bəzi uzaqmənzilli raketlərdən istifadəsinə qoyulan əsas məhdudiyyəti aradan qaldırıb.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ rəsmiləri  The Wall Street Journal-a açıqlayıblar. Bildirilir ki, bu,  Kiyevə Rusiyadakı hədəflərə hücumları və Kremlə təzyiqi artırmağa imkan verir.

Dünən Ukrayna Britaniya istehsalı olan "Storm Shadow" qanadlı raketi ilə Rusiyanın Bryanskda partlayıcı maddələr və raket yanacağı istehsal edən zavoduna zərbə endirib. Ukrayna Baş Qərargahı sosial şəbəkədə hücumla bağlı paylaşım edərək, bunu Rusiyanın hava hücumundan müdafiə sisteminə nüfuz edən “uğurlu zərbə” adlandırıb.

ABŞ rəsmilərinin sözlərinə görə, Ukraynanın Ukrayna təyyarələrindən buraxılan və 300 km-ə qədər məsafədəki hədəfləri vura bilən “Storm Shadow” raketlərindən istifadə etməklə Rusiya ərazisinə daha çox zərbələr endirməsi gözlənilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR