İnsanlara hürriyət, millətlərə istiqlal!

Fitsoya sui-qəsd edən şəxsə 21 il həbs cəzası verildi

Slovakiyada yazıçı Yuray Tsintula ölkənin baş naziri Robert Fitsoya sui-qəsd etdiyi üçün 21 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com xəbər verir ki, məhkəmə onu terror aktı törətməkdə təqsirli bilib.

Müdafiə tərəfi hadisənin “siyasi etiraz aksiyası” olduğunu bildirərək ittihamın daha yüngül maddə ilə qiymətləndirilməsini tələb edib. Lakin prokuror qeyd edib ki, hücum siyasi motivli olub və ölkədə sabitliyi pozmaq məqsədi daşıyıb.

Tsintula məhkəmədə hərəkətini “narazılıq çığırışı” adlandırıb və deyib ki, məqsədi Fitsonu öldürmək deyil, onu baş nazir postundan uzaqlaşdırmaq olub.

Xatırladaq ki, hücum 2024-cü il mayın 15-də hökumətin səyyar iclası zamanı Handlov şəhərində baş vermişdi. Güllələr Fitsonun qarın nahiyəsinə, qoluna və barmağına dəymiş, həkimlərin vaxtında müdaxiləsi onun həyatını xilas etmişdi. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR