Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Almaniyanın Tiflisdəki səfirini iki ölkə arasındakı münasibətləri gərginləşdirməkdə ittiham edib.
Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, səfirin davranışı diplomatik etika prinsiplərinə zidd olub.
“Səfirin əsas funksiyası iki ölkə arasındakı münasibətləri möhkəmləndirməkdir. Amma konkret bu səfir vəziyyəti yumşaltmaq əvəzinə, əksinə, bu münasibətləri çətinləşdirmək üçün əlindən gələni etdi. Diplomatik şəxs qəsdən münasibətləri gərginləşdirəndə, xüsusilə də onlar onsuz da arzuolunmaz vəziyyətdə olduqda, nəticələri aradan qaldırmaq daha da çətinləşir”, – deyə Maka Boçorişvili bildirib.
Nazir əlavə edib ki, Almaniya səfirinin geri çağırılması Tiflisə qarşı “görünməmiş xarici təzyiqlərin” fonunda baş verib.
Musavat.com
22 Oktyabr 2025
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ