İnsanlara hürriyət, millətlərə istiqlal!

“Arda bir gün “Qızıl top”u qazanacaq”

"Real Madrid"in baş məşqçisi Xabi Alonso komandanın gənc yarımmüdafiəçisi Arda Güler haqda yüksək fikirlər səsləndirib.

Xəbər verir ki, Alonso türkiyəli futbolçunun gələcəkdə "Qızıl top" mükafatına layiq görüləcəyinə inandığını bildirib.

"Leverkuzenin "Bayer" klubunda işləyərkən Ardanın komandamda olmasını çox istəmişdim, çünki o, nadir istedada malikdir. İndi isə "Real Madrid"i çalışdırarkən onunla eyni komandada olduğum üçün çox xoşbəxtəm. Arda bu klubun gələcəyidir və bir gün "Qızıl top"u qazanacaq. Mbappe ilə meydandakı uyğunluğu da hər gün daha da artır", - deyə Alonso vurğulayıb.

Xatırladaq ki, 20 yaşlı türkiyəli futbolçu son mövsümdə bütün turnirlərdə 11 oyunda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Real Madrid"lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR