İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hetq” jurnalistləri “Paşinyanın gizli qrupuna” sızdı – hakim partiyanın daxili yazışmaları ifşa olundu

Ermənistanın “Hetq” nəşrinin jurnalistləri təsadüfən baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” partiyasının qapalı “Facebook” qrupuna daxil olublar.

Musavat.com xəbər verir ki, hadisə o zaman baş verib ki, bir nazir səhvən redaksiya əməkdaşını həmin qrupa əlavə edib.

Paşinyanın təlimatı: “Ailə və dostlarınızı da gətirin”.

Araşdırmaya görə, 2023-cü ildə Paşinyan tərəfdarlarına göndərdiyi mesajda mitinqlərdə kütləvi iştirakın təmin olunmasını tələb edib: “Hər birinizdən xahiş edirəm, ailə üzvlərinizi, dostlarınızı, tanışlarınızı və tərəfdarlarını mitinqlərə cəlb edin”.

O, inzibati resurslardan istifadənin “qəti qadağan” olduğunu vurğulasa da, yazışmalarda dövlət strukturlarının nümayəndələrinin aktiv iştirakı diqqət çəkib.

Vəzifəli şəxslərin “kütləvi səfərbərliyi”

Ararat vilayətinin qubernator müavini Hayk Mkrtçyan “25–30 nəfərlə iştirak edəcəyini” bildirib. Gavar Şurasının “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü David Mirabyan “bütün resursları səfərbər edəcəklərini” yazıb. Noyemberyan Şurasının üzvü Aykanuş Beqlaryan da tədbirdə iştiraklarını təsdiqləyib.

“Könüllü” kütlə – əslində inzibati səfərbərlik

Aktivist Artur Çaxoyanın sözlərinə görə, İrəvan Şurasına seçkilər ərəfəsində keçirilən mitinqdə hakim partiya ilə əlaqəli şəxslər iştirakçılardan “harada işlədiklərini” soruşublar. Onların əksəriyyəti “məktəb” və “uşaq bağçası” əməkdaşı olduqlarını və “bütün kollektivlə gəldiklərini” deyiblər.

Araşdırma nəticəsində məlum olub ki, “könüllü” adlandırılan bu kütləvi iştiraklar əslində inzibati resursların dolayı səfərbərliyi ilə təşkil olunub. 

 

Musavat.com

2e863e05-dfa0-4b33-992f-73390dd55d11.jpeg (72 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR