İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampla Putin arasında görüş planlaşdırılmır – Ağ Evdən gözlənilməz açıqlama

ABŞ administrasiyası nə prezident Donald Trampla Vladimir Putin arasında, nə də ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında yaxın vaxtlarda görüş keçirməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bunu TASS-ın sorğusuna cavab olaraq ABŞ administrasiyasının nümayəndəsi bildirib: "Dövlət katibi Rubio və xarici işlər naziri Lavrov arasında məhsuldar söhbət olub. Ona görə də dövlət katibi ilə xarici işlər naziri arasında əlavə təkbətək görüş tələb olunmur. Prezident Trampla prezident Putin arasında da yaxın vaxtlarda görüş planlaşdırılmır".

Qeyd edək ki, oktyabrın 16-da Putinlə telefon danışığından sonra Tramp liderlərin Budapeştdə görüşmək barədə razılığa gəldiyini açıqlayıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Moskva və Vaşinqton “gecikmədən” liderlər arasında Macarıstan paytaxtında keçirilə biləcək görüşə hazırlığa başlayacaq. Macarıstanın baş naziri Viktor Orban sammitə hazırlıq üçün təşkilat komitəsinin yaradılması barədə göstəriş verib.

Oktyabrın 20-də Lavrov və Rubio arasında telefon danışığı olub. Rəsmi məlumata görə, onlar Putinin Trampla telefon danışığı zamanı əldə olunan anlaşmaların həyata keçirilməsi üçün mümkün konkret addımları müzakirə ediblər.

Lakin CNN öz mənbələrinə istinadən Rubio və Lavrov arasında bu həftə gözlənilən görüşün təxirə salındığına dair məlumat yayıb. Mənbələrdən birinə görə, ABŞ dövlət katibi və Rusiya xarici işlər nazirinin Ukraynadakı münaqişənin “mümkün sona çatması ilə bağlı fərqli gözləntiləri” var.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR