Onlayn ictimai-siyasi qəzet
Belçika Ukraynaya məxsus döyüş təyyarələrini yalnız F-35 qırıcılarını alıb silahlanmasına daxil etdikdən sonra təhvil verəcək.
Musavat.com xəbər verir ki, bu barədə oktyabrın 21-də ölkənin müdafiə naziri Teo Franken açıqlama verib. Məlumatı “Radio Svoboda” yayıb.
Nazirin sözlərinə görə, F-35 təyyarələrinin alınması və xidmətə qəbul prosesi təxminən bir il – il yarım çəkəcək:
“Biz F-35-lərin tam əməliyyat imkanlarını əldə etdikdən sonra öz F-16-larımızı Ukraynaya ötürə biləcəyik,” – deyə Franken bildirib.
Belçika hökumətində hesab edilir ki, təyyarələrin Ukraynaya təhvili 2026-cı ildə baş tutacaq.
Musavat.com
22 Oktyabr 2025
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ