Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putinlə planlaşdırılan görüşlə bağlı hələlik yekun qərar verilməyib.
Musavat.com xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Jurnalist sual verib: Bilirsiniz, orada nə baş verir? Bu, ‘Tomahavk’ raketlərinin göndərilməsi qərarınıza təsir edirmi?
Trampın cavabı: Xeyr, xeyr. Mən istəmirəm ki, görüş mənasız keçsin. Mən vaxt itirmək istəmirəm. Gözləyək, görək nə baş verəcək. Amma biz bütün bu möhtəşəm sazişləri bağlamışıq — əla sülh razılaşmaları. Onların hamısı sülh sazişləridir, möhkəm razılaşmalar, hər biri.
Amma bu dəfə... Mən dedim: "Cəbhə xəttinə yaxınlaşın. Döyüş xəttinə qədər gəlin. Sonra geri çəkilin və evinizə dönün". Və hamı bir qədər nəfəs alacaq, çünki burada bir-birini öldürən iki ölkə var. Hər iki ölkə həftədə beş-yeddi min əsgər itirir. Odur ki, görək nə olacaq. Biz hələ qərar verməmişik”.
Trampın bu açıqlaması onun Budapeştdə Putinlə görüş planının təxirə salınması barədə yayılan xəbərləri təsdiqləyib. ABŞ prezidenti, eyni zamanda, sülh danışıqlarının yalnız “mənalı və nəticəyə yönəlmiş” şəkildə baş tutmasının vacibliyini vurğulayıb.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ