Onlayn ictimai-siyasi qəzet
Gecə saatlarında Rusiya ordusunun Ukraynaya həyata keçirdiyi genişmiqyaslı hava hücumunun detalları bəlli olub.
Musavat.com xəbər verir ki, məlumatlara görə, bütün raket və dron zərbələri Dneprin sol sahilinə yönəlib. Əsas zərbə Kiyev və Kiyev vilayəti ərazisinə endirilib.
Həmçinin Poltava, Kremençuq, Kanev, Çerniqov və Sumı şəhərləri də hücumdan zərər çəkib.
Hazırda Ukraynanın hərbi rəhbərliyi hava hücum xəritəsini dərc edib, zərbə yerlərində axtarış-xilasetmə işləri aparılır.
Rəsmilər bildirirlər ki, hücum nəticəsində bir neçə yaşayış binası və enerji infrastrukturu obyektləri zədələnib, 6 nəfər yaralanıb, 17 nəfər ölüb.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ