İnsanlara hürriyət, millətlərə istiqlal!

87 yaşlı moped sürücüsü və daha 2 nəfər qəzalarda öldü

Ötən gün 3 nəfərin ölümü ilə nəticələn üç yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, Cəmil Paşa oğlu Mehdiyev idarə etdiyi avtomobillə hərəkətdə olarkən piyada 1973-cü il təvəllüdlü Bikə Abdul qızı Cəbrayılovanı vurub. O, aldığı xəsarətlərdən 1 saylı KTM-də ölüb.

Digər bir qəzada isə 1991-ci il təvəllüdlü Eldar Həmzətqulu oğlu Səttarovun sürdüyü “Toyota Aqua” markalı avtomobillə 1938-ci il təvəllüdü Hacı Əmir oğlu Ağayevin idarə etdiyi moped toqquşub. Nəticədə 87 yaşlı kişi aldığı xəsarətdən hadisə yerində ölüb.

Daha bir qəza isə Mingəçevir şəhərində baş verib. 63 yaşlı şəhər sakini Elşən Nazim oğlu Həmzəyev özünə məxsus “VAZ 2106” ilə hərəkətdə olan zaman yolu keçən piyada 1958-ci təvəllüdlü Firəngiz İlyas qızı Əhmədova və 1956-cı il təvəllüdlü Zöhrə Vahid qızı İsmayılovanı vurub. Hadisə nəticəsində F.Əhmədova aldığı xəsarətlərdən ölüb, Z.İsmayılova isə müxtəlif bədən xəsarətləri alıb.

Faktlarla bağlı CM-in 263.2 maddəsi ilə cinayət işləri başlanılaraq istintaq aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR