Onlayn ictimai-siyasi qəzet
Suriyanın təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlıları İdlib əyalətinin şimal-qərbində keçmiş fransız muzdlularının düşərgəsini mühasirəyə alıb.
Musavat.com xəbər verir ki, məlumatı SANA agentliyi yayıb.
Suriya Daxili İşlər Nazirliyinin regional idarəsinin rəisi, general-mayor Qassan Bakir agentliyə bildirib ki, əməliyyat mülki insanları qaçıran təhlükəli terrorçunun ələ keçirilməsi məqsədi daşıyır:
“Verdun düşərgəsinə gedən bütün yollar bağlanıb, girişlərdə nəzarət-buraxılış məntəqələri qurulub. Axtarışda olan cinayətkar və onun dəstə üzvləri silahlarını yerə qoyaraq hakimiyyətə təslim olmaqdan imtina ediblər. Onlar yerli sakinlərdən canlı qalxan kimi istifadə edirlər ki, bu da təhlükəsizlik qüvvələrinin fəaliyyətinə mane olur”.
Generalın sözlərinə görə, keçmiş muzdluların təqibindən əziyyət çəkən yerli sakinlər kömək üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər:
“Bizim əsas prioritetimiz mülki vətəndaşları qorumaq və qanunun icrasını təmin etməkdir. Yaxın saatlarda cinayətkar qrupların fəaliyyət göstərdiyi ərazidə sabitlik bərpa olunacaq”.
Sham TV-nin xəbərinə görə, İdlibdə mühasirəyə alınan keçmiş silahlılar respublikanın müvəqqəti prezidenti Əhməd əl-Şaraaya mesaj göndərərək ondan müdaxilə etməyi və onlara qarşı başladılan əməliyyatı dayandırmağı tələb ediblər. Mesajda bildirilir ki, hazırda dağılmış “Həyat Təhrir əş-Şam”ın tərkibində olan keçmiş Fransa briqadasının üzvlərini həbs etmək cəhdi cihadçıları qəzəbləndirəcək.
Musavat.com
24 Oktyabr 2025
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ