İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kilsəyə məxsus televiziya kanalı bağlansın!”

Ermənistanın hakim fraksiyadan olan deputatlar Taqi Kazaryan və Sisak Qabrielyan “Audiovizual media haqqında” qanuna dəyişiklik layihəsi təqdim edərək ictimai yayım statusuna malik televiziya kanallarının sayının 3-dən 2-yə endirilməsini təklif ediblər.

Musavat.com bildirir ki, bu barədə məlumatı deputat Taqi Kazaryan verib.

Onun sözlərinə görə, layihə həmkarı Sisak Qabrielyanla birlikdə hazırlanıb.

Müxalif deputat Qeqam Nazaryan isə bu təklifin Erməni Apostol Kilsəsinin “Şoğakat” telekanalının faktiki bağlanmasına gətirib çıxara biləcəyini bildirib.

Kazaryan cavabında deyib:

“Bu, sadəcə narahatlıq deyil, reallıqdır. Bir neçə ildir ki, dövlət bu telekanalı heç bir müsabiqə olmadan maliyyələşdirir. Düşünürəm ki, bu vəsaiti daha səmərəli xərcləmək olar - məsələn, uyğun məzmunlu proqramları müsabiqə əsasında sifariş etməklə. Həmin müsabiqələrdə bu telekanal da iştirak edə bilər”.

Erməni deputat qeyd edib ki, son bir neçə il ərzində dövlət bu telekanala təxminən 3 milyard dram (təxminən 7,7 milyon ABŞ dolları) ayırıb, lakin bu vəsaitin ayrılma müddətini dəqiqləşdirməyib.

Müxalif “Hayastan” blokunun deputatı Lilit Qalstyan isə bildirib ki, “Şoğakat” kanalının maliyyəsinin yarısını Ermənistan Apostol Kilsəsi təmin edir.

Buna cavab olaraq Kazaryan deyib ki, telekanal özünü mədəniyyət kanalı kimi təqdim etsə də, əslində siyasi müxalifətin mövqeyini əks etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR