İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurların reklam qiymətləri açıqlandı 

Türkiyə mediası məşhurların reklam qiymətlərini açıqlayıb.

Musavat.com xəbər verir ki, son günlər qiymət bahalaşması məşhurların qonorarına da təsir edib.

Belə ki, bir çoxları reklama çəkilmək üçün qonorarını artırıb. Birinci yerdə Kıvanç Tatlıtuğdur. O, bir reklam üçün 44 milyon lirə qonorar istəyir.

Siyahının ikincisi aktyor cütlük Burak Özçivit və Fahriye Evcendir. Reklama birlikdə çəkilən cütlük 42 milyon lirə (təxminən 1,7 milyon manat) qonorar tələb edir.

Aktrisa Afra Saraçoğlu isə aldığı qonorarla üçüncüdür. O, 35 milyon lirə qarşılığında reklama çəkilməyə razılıq verir.

2025-ci ildə məşhurların instaqram reklam qiymətləri də bəlli olub. Təxmini ödənişlər məşhurun ​​populyarlığından, izləyicilərin sayından və reklam məzmununun növündən asılı olaraq milyonlarla türk lirəsindən bir neçə milyon türk lirəsinə qədər dəyişir.

Məşhurların təxmini instaqram reklam haqları:

Hande Erçel: 3 milyon türk lirəsi

Gökçe Bahadır: 3 milyon türk lirəsi

Demet Özdemir - 2,5 milyon türk lirəsi

Kıvanç Tatlıtuğ: 2,5 milyon türk lirəsi

Burak Özçivit: 2,5 milyon türk lirəsi

Fahriye Evcen: 2,5 milyon türk lirəsi

Mert Ramazan Demir: 2 milyon türk lirəsi

Meryem Uzerli: 1,5 milyon türk lirəsi

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR