Onlayn ictimai-siyasi qəzet
Ukraynanın paytaxtı Kiyev bu gecə Rusiya qüvvələrinin ağır ballistik raket hücumlarına məruz qalıb.
Musavat.com xəbər verir ki, şəhər meri Vitali Kliçko vəziyyətlə bağlı təcili açıqlama yayıb.
“Hazırda işğalçılar dayanmadan ağır şəkildə ballistik raketlərlə Kiyevi vurur. Hər kəsi sığınacaqlarda qalmağa çağırırıq. Bəzi ərazilərdə elektrik enerjisi verilişi dayana bilər”, – deyə Kliçko bildirib.
Son məlumata görə, paytaxtın enerji sisteminə ciddi zərbə dəyib. İES-5 və İES-6 elektrik stansiyalarında yanğınlar başlayıb. Bu obyektlər Kiyevin əsas enerji təchizatı mərkəzləri hesab olunur.
Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub, sakinlərə sığınacaqları tərk etməmək tövsiyə edilir.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ